Binali Yıldırım və Əhməd Davudoğlu arasında görüş olub

Binali Yıldırım və Əhməd Davudoğlu arasında görüş olub
# 23 may 2016 18:53 (UTC +04:00)

Bakı-APA. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Binali Yıldırım və baş nazir Əhməd Davudoğlu arasında görüş olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, görüş təxminən saat yarım davam edib.

Baş nazirlik qaynaqlarından alınan məlumata görə, görüş zamanı təhvil-təslimdən öncə hökumətin ümumi işi və davam edən proseslər üzərində məsləhətləşmələr aparılıb.

Görüşün ardından Binali Yıldırım AKP-nın baş qərargahına yollanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR