Ermənistan ordusunda qətl törədilib

Ermənistan ordusunda qətl törədilib
# 26 may 2016 12:40 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Mayın 25-də Ermənistan Silahlı Qüvvələrinə məxsus N saylı hərbi hissədə əsgər digər əsgər yoldaşını ölümcül bıçaqlayıb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, ilkin versiyaya əsasən əsgər Akop Gevorkyanla Q. Kosoqoblyan arasında mübahisə düşüb. Q. Kosoqoblyan əsgər yoldaşına kəsici-deşici alətlə zərbə endirib. Yaralı əsgəri “Mehri” tibb məntəqəsinə çatdırmaq istəsələr də, o, yolda ölüb.

Faktla bağlı Ermənistan İstintaq Komitəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR