ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək
# 13 may 2016 10:18 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu ayın sonlarında Azərbaycana səfər edəcək.

APA-nın ATƏT PA-ya istinadən verdiyi məlumata görə, bu barədə ATƏT PA-nin Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyevin ATƏT baş katibi Roberto Montella ilə 12 may tarixində Kopenhagendə baş tutan görüşündə qeyd edilib. Görüşdə regiondakı vəziyyət və iyul ayında Tbilisidə keçiriləcək illik sessiyaya hazırlıq müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR