"Bank Melli İran Baku" I rübü zərərlə başa vurub

"Bank Melli İran Baku" I rübü zərərlə başa vurub
# 03 may 2016 12:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank Melli İran Baku”nun aktivlərinin həcmi 2016-cı ilin I rübündə 100,567 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,28% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 73,16% artaraq 10,652 mln. manat olub.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 51,02% artaraq 50,113 mln. manata yüksəlib.

Bir il ərzində bankın cəmi kapitalı 1,32% azalaraq 50,454 mln. manat olub, nizamnamə kapitalı isə dəyişməyərək 51,434 mln. manat təşkil edib.

Bankın faiz gəlirləri 803 min manat, faiz xərcləri isə 6,557 min manata çatıb.

Cari ilin üç ayını bank 721,655 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR