Daşkəsən sakinini bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Daşkəsən sakinini bıçaqlayan şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB
# 25 aprel 2016 11:26 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Daşkəsən rayon sakinin bıçaqlayan şəxs saxlanılıb.

APA -nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 49 yaşlı Məhət Abdullayevi bıçaqlayan həmyerlisi, 31 yaşlı Rasim Əbülfət oğlu Bağırov tutulub.

***

saat 00.43

Gəncə. Azər Məmmədli - APA. Daşkəsən rayon sakini bıçaqlanıb.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, Daşkəsən rayon sakini, 1967-ci il təvllüdlü Məhət Abdullayev qarnın kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.


Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. M. Abdullayevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.


Faktla bağlı hüquq mühafizə orqanları tərəfinfən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR