AMİP-in Nizamnaməsinə dəyişiklik ediləcək

AMİP-in Nizamnaməsinə dəyişiklik ediləcək
# 03 may 2016 09:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbəti qurultayında partiyanın Nizamnaməsinə bəzi dəyişikliklər olacaq.

Bu barədə APA-ya açıqlamasında partiyanın baş katibi, sədr əvəzi Arzuxan Əlizadə deyib.

A.Əlizadə partiyanın qurultayına hazırlığın yekunlaşdığını və Mərkəzi Şuranın iclasının çağırılacağını qeyd edib: “Mərkəzi Şuranın iclasında qurultayın günü müəyyənləşəcək. Nizamnaməyə ediləcək dəyişikliklərlə bağlı qurultayın vaxtı bir qədər ertələnib. Lakin qurultayı bu yay keçirməyi planlaşdırırıq”.

O, Nizamnaməyə təklif olunan dəyişiklikləri açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR