İqtisadiyyat Nazirliyi "Cənub Qaz Dəhlizi"nin maliyyələşdirilməsinə ayrılan vəsaitin 70%-i icra edib

İqtisadiyyat Nazirliyi "Cənub Qaz Dəhlizi"nin maliyyələşdirilməsinə ayrılan vəsaitin 70%-i icra edib
# 23 may 2016 11:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ildə “Cənub Qaz Dəhlizi” QSC-nin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə Dövlət Neft Fondu tərəfindən 692,8 mln. manat (685,9 mln. dollar) məbləğində vəsait İqtisadiyyat Nazirliyinin hesabına köçürülüb və bu maddə üzrə icra nəzərdə tutulana (997 016,2 min manat) nisbətən 69,5% təşkil edib.


"APA-Economics" xəbər verir ki, cəmiyyətin məlumatına əsasən, TANAP layihəsi üzrə CQD cəmiyyətə məxsus 30% payın BOTAŞ-a və 12% payın BP şirkətinə satılmasından 2015-ci ilin aprel ayında əldə edilmiş 2635,6 mln. dolların layihələrin maliyyələşdirilməsinə yönəldilməsi, habelə bir sıra işlərin sonrakı illərə keçirilməsi səbəbindən nəzərdə tutulan vəsaitin 304,2 mln. manatı istifadə olunmayıb. 2014-cü ilə nisbətən (40 mln. manat) bu layihə üzrə xərclər 17,3 dəfə artıb. 2014-2015-ci illər ərzində Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın payının maliyyələşdirilməsinə Dövlət Neft Fondundan ümumilikdə 736,9 mln. dollar vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR