Gədəbəydə öldürülən ahıl ər-arvadın meyitini qızı aşkarlayıb

Gədəbəydə öldürülən ahıl ər-arvadın meyitini qızı aşkarlayıb
# 02 iyun 2016 16:14 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli - APA. Gədəbəydə öldürülən ahıl ər-arvadın meyitini qızı aşkarlayıb. Bu barədə APA-nın qərb bürosuna rayonun Söyüdlü kəndində öldürülən 1942-ci il təvəllüdlü Səyyad Ələsgərov və 1928-ci il təvəllüdlü Bəsti Alıyevanın qızı Rəna Kərimova bildirib.

R. Kərimova evə daxil olarkən ata-anasının üzərində zorakılıq əlamətləri olan meyitlərini gördüyünü: “Hər gün gəlib onlara baş çəkirdik. Dünən səhər evə girəndə ata-anamı evin birinci mərtəbəsində otaqda qətlə yetirilmiş halda gördüm”.

Mərhumların oğlu Rəfail Alıyev isə valideynlərinin heç kimlə konfliktinin olmadığını bildirib.

Ailə üzvləri qətlin tamah məqsədi ilə törədilməsinə də inanmadıqlarını deyib.

Qeyd edək ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Kənd sakinləri - 1942-ci il təvəllüdlü Səyyad Ələsgərov və həyat yoldaşı, 1928-ci il təvəllüdlü Bəsti Alıyevanın üzərilərində zorakılıq əlamətləri olan meyitləri yaşadığı evdə aşkar edilib.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR