Beynəlxalq Bank 5 aya 700 mln. dollarlıq xarici borc qaytarıb

Beynəlxalq Bank 5 aya 700 mln. dollarlıq xarici borc qaytarıb
# 26 may 2016 09:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Beynəlxalq maliyyə institutlarından aşağı faiz dərəcəsi ilə cəlb edilmiş vəsaitlərlə Azərbaycan Beynəlxalq Bankı yüksək faizli xarici öhdəliklərinin bir hissəsini qaytarıb".


"APA-Economics" xəbər verir ki, bunu "The Business Year" jurnalına müsahibəsində bankın İdarə Heyətinin sədri Elmar Məmmədov deyib.


Onun sözlərinə görə, bank 2015-ci ilin avqustunda xarici maliyyə institutlarına 550 mln. dollar həcmində borc ödəyib. Bundan başqa, bankın törəməsi olan "ABB-Moskva"nın 140 mln. dollarlıq borcu da Beynəlxalq Bank tərəfindən ödənilib. "Bununla, Beynəlxalq Bank 5 ay müddətində 700 milyon dollar həcmində xarici öhdəliyini qaytarıb", - deyə sədr bildirib.

Sədr qeyd edib ki, bankın xarici öhdəliklərinin azalması nəticəsində bazar riskləri azalıb, maliyyə dayanıqlılığı isə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR