Romada üçmərtəbəli binada partlayış baş verib, 4 nəfər yaralanıb

Romada üçmərtəbəli binada partlayış baş verib, 4 nəfər yaralanıb
# 08 may 2016 12:38 (UTC +04:00)

Bakı-APA. Bu gün yerli vaxtla səhər saat 11.00 radələrində (Bakı vaxtı ilə 13.00) Romanın şimal-şərqində, Roma dairəvi avtomobil yolunun yaxınlığındakı üçmərtəbəli binada partlayış baş verib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində bina qismən dağılıb, ən azı 4 nəfər yaralanıb.

Yaralılardan 2-nin vəziyyəti ağırdır. Partlayışın məişət qaz balonu ilə bağlı olduğu ehtimal edilsə də, partlayışın səbəbi hələ tam aydın deyil. Hadisə yerində onlarla xilasedici çalışır, dağıntılar altındakı insanlar axtarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR