Baş prokurorun birinci müavini Rüstəm Usubov Şirvana gedib

Baş prokurorun birinci müavini Rüstəm Usubov Şirvana gedib
# 26 iyul 2016 15:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş Prokurorluğun yüksək rütbəli əməkdaşları partlayış baş verən Şirvan şəhərinə gedib.

APA-nın məlumatına görə, Şirvanda baş verən partlayışla bağlı baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov və prokurorluğun daha bir neçə əməkdaşı hadisə yerindədir.

Hazırda baş vermiş hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR