Ukraynalı nazir: "Azərbaycan "İpək yolu"nun bərpasında maraqlıdır"

Ukraynalı nazir: "Azərbaycan "İpək yolu"nun bərpasında maraqlıdır"
# 15 iyul 2016 16:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan şirkətləri Ukraynanın avtomobil yollarının tikintisi ilə bağlı keçirilən tenderlərdə iştirak etməyə hazırdır.

"APA-Economics" "İnterfax-Ukraine" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Vladimir Omelyan bildirib.

"Azərbaycan aydın şəkildə bildirib ki, "İpək yolu"nun bərpasında maraqlıdır. Bizim isə liman operatorları ilə razılığımız var və bu razılığa əsasən tərəfdaşlarımız bizə öz bərələrini, Xəzər və Qara dənizlərin üzərindən keçən logistikasını təqdim etməyə hazırdır. Əsas məsələ şəffaf tərəfdaşlığın qurulması, rəqabətqabiliyyətli qiymətlərin formalaşmasıdır", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR