III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu başlayıb

III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu başlayıb
# 21 aprel 2016 13:16 (UTC +04:00)

Bakı-APA. Bu gün Qafqaz Universitetinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə təşkil etdiyi III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu başlayıb.

APA-nın xəbərin görə, universitetin rektoru professor Əhməd Saniç bildirib ki, tədbirə 7 ölkənin 40 universitetindən elm adamları, uşaq ədəbiyyatı şair və yazıçıları, uşaq jurnal və qəzetlərinin redaktorları dəvət edilib. Bu Simpozium 2008-ci və 2012-ci illərdə keçirilmiş “Uluslararası Türk Halkları Çocuk Edebiyyatı Konqresi”nin davamıdır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar milli-mənəvi və bəşəri dəyərlərin qorunmasında, inkişaf etdirilməsində ədəbi tərbiyənin rolunu yüksək dəyərləndirib və qeyd edib ki, Yazıçılar Birliyi təhsildə yüksək meyarlara cavab verən Qafqaz Universiteti ilə bu sahədə daim əməkdaşlıq edib.

Təhsil Nazirliyinin Təhsil resursları şöbəsinin müdiri Əsgər Quliyev xalqlar arasında ədəbi sahədə əlaqələrin genişlənməsində, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsində, eləcə də sürətlə dəyişən dünyanın tələblərinə çevik münasibət göstərilməsində, uşaqların gələcəyə hazırlanmasında III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumununun rolunu yüksək qiymətləndirib.

Simpozium ərəfəsində Universitetin foyesində uşaq ədəbiyyatı ilə bağlı kitabların sərgisi təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR