Göyərtəsində 66 nəfər olan Paris-Qahirə təyyarəsinin Aralıq dənizinə düşdüyü ehtimal edilir - YENİLƏNİB

Göyərtəsində 66 nəfər olan Paris-Qahirə təyyarəsinin Aralıq dənizinə düşdüyü ehtimal edilir - <span style="color: red;">YENİLƏNİB
# 19 may 2016 07:35 (UTC +04:00)

Bakı-APA. Paris-Qahirə reysini həyata keçirən “EgyptAir” aviaşirkətinə məxsus təyyarənin dənizə düşdüyü ehtimal edilir.

APA-nın xəbərinə görə, bu barədə Misirin Mülki Aviasiya Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, təyyarənin Aralıq dənizinə düşdüyü güman edilir.

Ötən gün yerli vaxtla saat 23:09-da Paris hava limanından qalxan təyyarənin göyərtəsində 56 sərnişin və 10 ekipaj üzvünün olduğu, Misir ərazisinə girəndən sonra 11277 metr yüksəklikdə yoxa çıxdığı bildirilir.

***

07:15

Bakı-APA. Paris-Qahirə reysini həyata keçirən “EgyptAir” aviaşirkətinə məxsus təyyarə radar ekranlarından itib.

APA-nın xəbərinə görə, bu barədə “Sky News Arabia” məlumat verib.

“Airbus 320”-nin göyərtəsində heyət üzvləri də daxil olmaqla 58 nəfər olub.

Son məlumatlara əsasən, pilotların son danışıqları Afina və yaxud Türkiyə hava məkanında olub. Heyət bundan sonra əlaqəyə girməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR