Xocəsən qəsəbəsində yeni yerüstü keçidin tikintisinə başlanılır

Xocəsən qəsəbəsində yeni yerüstü keçidin tikintisinə başlanılır
# 23 may 2016 12:32 (UTC +04:00)

Bakı-APA. Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində, Şamaxı yolu istiqamətində yeni yerüstü keçidin tikintisinə başlanılır.

Bu barədə APA-ya Binəqədi Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib. Məlumatda qeyd olunub ki, sakinlərin çoxsaylı müraciəti nəzərə alınıb. Məqsəd həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etməkdir.

RİH-dən bildirilib ki, prezident İlham Əliyevin göstərişinə əsasən, Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər uğurla icra olunur. Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yerüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə yönəldilib. Dövlət başçısının tapşırıqlarına əsasən, paytaxtın yol-nəqliyyat infrastrukturunun daha da müasir səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü və mühüm tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR