Almaniya əks-kəşfiyyatı Avro-2016 zamanı törədilə biləcək terror aktları ilə bağlı xəbərdarlıq edib

Almaniya əks-kəşfiyyatı Avro-2016 zamanı törədilə biləcək terror aktları ilə bağlı xəbərdarlıq edib
# 28 may 2016 00:12 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşması iyunda Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı zamanı terror aktları törədə bilər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya əks-kəşfiyyatının rəhbəri Hans-Qeorq Maassen bəyan edib.

“Əlimizdə hələ ki, konkret faktlar yoxdur. Lakin bilirik ki, İŞİD Avropa çempionatını hədəfə alıb”, deyə H-Q.Maassen bildirib.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatı iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR