Azərbaycan – Makedoniya oyunu 5 minlik stadionda keçiriləcək

Azərbaycan – Makedoniya oyunu 5 minlik stadionda keçiriləcək
# 13 may 2016 10:45 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin Makedoniya ilə yoxlama oyununun keçiriləcəyi stadion dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutacaq qarşılaşma Şvadorf şəhərinin eyniadlı klubuna məxsus kiçik stadionda keçiriləcək.

Rəsmi adı “Rixard-Gebert-Sportanlage” olan, amma çoxlarının elə klubun adı ilə “Şvadorf” kimi tanıdığı stadion cəmi 5 min tamaşaçı tutumuna malikdi. Əslində, bu klub Avstriya çempionatının aşağı liqasında çıxış etdiyindən stadionun turumu komandanın özü üçün kifayət qədər yetərli sayılır.

Qeyd edək ki, mayın 29-da keçiriləcək Azərbaycan – Makedoniya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR