Keçmiş ərini qətlə yetirən qadına hökm oxunub

Keçmiş ərini qətlə yetirən qadına hökm oxunub
# 16 may 2016 13:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş ərini öldürməkdə təqsirləndirilən Səbinə İmanovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə S.İmanova 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.İmanova keçmiş ərini bıçaqla qətlə yetirib. Polis əməkdaşları tərəfindən saxlanılan S.İmanova hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR