İran hərbi komandanlığının daha bir nümayəndəsi Suriyada həlak olub

İran hərbi komandanlığının daha bir nümayəndəsi Suriyada həlak olub
# 14 oktyabr 2015 04:43 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, “polkovnik Fərşad Hasunizadə Suriyada hərbi müşavir qismində borcunu yerinə yetirərkən həlak olub”. Agentlik hadisənin baş verdiyi konkret məkanı və təfərrüatları açıqlamır.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Hüseyn Həmdani Suriyanın şimalında gedən döyüşlərdə həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR