Qəbələdə yaşayış evində partlayış olub, ölən var - YENİLƏNİB

Qəbələdə yaşayış evində partlayış olub, ölən var - <span style="color: red;">YENİLƏNİB
# 19 yanvar 2016 10:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qəbələdə yaşayış evində partlayış olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 18-də saat 21 radələrində Qəbələ rayonunun Aydınqışlaq kəndində qeydə alınıb. Kənd sakini Yulət Cabbarovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Y.Cabbarlının azyaşlı qızı Xədicə tüstüdən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

22:35

Bakı-APA. Qəbələdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qəbələ rayonu, Aydınqışlaq kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR