“Unibank” maliyyə böhranı şəraitində effektiv maliyyə idarəetməsi ilə bağlı seminar keçirib

“Unibank” maliyyə böhranı şəraitində effektiv maliyyə idarəetməsi ilə bağlı seminar keçirib
# 30 noyabr 2015 14:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Unibank” Akademiyasının Mərkəzi Bankla birgə təşkil etdiyi və ABŞ-ın Azərbaycandakı səfirliyinin də yaxından dəstəyi ilə təşkil olunan "Bank-maliyyə institutlarının idarə edilməsi: İflas və Gələcək" mövzusunda seminar bu gün işinə başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, seminarın əsas məqsədi maliyyə sabitliyi, böhran şəraitində effektiv maliyyə idarəetməsi, bu sahədə beynəlxalq təcrübə barədə bankların rəhbər şəxslərinin məlumatlandırılması və mövcud problemlərin müzakirəsidir.

Seminar bank-maliyyə və idarəetmə üzrə 20 ildən çox təcrübəyə malik dosent Charles H. Allison tərəfindən aparılıb. Harvard Biznes Universitetinin keys metodologiyasına uyğun aparılan müzakirələrdə Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın bankın nümayəndəsi iştirak edəcək. İnteraktiv şəkildə davam edən seminarın ilk günündə maliyyə böhranı şəraitində müxtəlif şirkətlərini təcrübəsindən danışılıb.

Qeyd edək ki, seminar 4 gün ərzində, hər gün iki növbə olmaqla fərqli mövzuların müzakirəsi ilə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR