Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı açıqlanıb

Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı açıqlanıb
# 13 yanvar 2016 10:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci il dekabrın 1-ə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 504 min nəfər olub, onlardan 879 min 400 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624 min 600 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, muzdla işləyənlərin 22,4%-i təhsil, 19%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2015-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% artaraq 462 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR