Bu gün Belqradda ATƏT PA-nın Büro iclası keçiriləcək

Bu gün Belqradda ATƏT PA-nın Büro iclası keçiriləcək
# 02 dekabr 2015 07:04 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Parlament Assambleyasının Büro iclası keçiriləcək.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, Büronun iclasında miqrant və qaçqın böhranı, ATƏT və ATƏT PA-nın bu istiqamətdə görəcəyi tədbirlər müzakirə olunacaq. Serbiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç də iclasa qatılacaq.

Dekabrın 3-4-də isə Belqradda ATƏT Xarici İşlər Nazirləri Şurasının Belqradda toplantısı keçiriləcək. Toplantıda Azərbaycan xarici işlər Naziri Elmar Məmmədyarov da iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR