Abşeron yarımadasında sürüşmə sahələrində son durum açıqlanıb

Abşeron yarımadasında sürüşmə sahələrində son durum açıqlanıb
# 16 dekabr 2015 08:43 (UTC +04:00)

Bakı-APA. Abşeron yarımadasında sürüşmə sahələrində son durum açıqlanıb.

APA-nın məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd edilib ki, Masazır sürüşmə sahəsində yamacın dayanıqlığının artırılması üçün yeni layihə əsasında svay-bərkitmə işləri həyata keçirilib və landşaft bərpa olunub.

Qeyd olunub ki, Bayıl sürüşmə sahəsi sabitləşdirilib, ərazidə yaşıllıq işləri aparılıb. Bakının Əhmədli massivində sürüşmənin sabitləşdirilməsi və yamacın dayanıqlığının təmin edilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanıb və həyata keçirilməkdədir. Bakının Səbail rayonu ərazisində Badamdar - 20-ci sahə avtomobil yolu boyunca və ona bitişik ərazilərdə baş vermiş sürüşmə sabitləşdirilib və yarğan əmələgəlmənin qarşısı alınıb.

Fövqəladə hallar naziri Mingəçevir Su Anbarının sağ sahilində baş vermiş sürüşmə ilə əlaqədar qabaqlayıcı mühəndis tədbirləri yerinə yetirildiyini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR