Bakıda axtarışda olan şəxslər tutulub

Bakıda axtarışda olan şəxslər tutulub
# 01 fevral 2016 09:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda axtarışda olan şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu rayon 15-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1978-ci il təvəllüdlü Vüqar Ukalayev, Yasamal rayon 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1959-cu il təvəllüdlü İlham İsmayılov, Nərimanov rayon 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nın 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1984-cü il təvəllüdlü Rəşad Qasımov və Yasamal rayon 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Razim Rzayev tutulublar.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR