Baş nazirin müavini: “İstanbulda partlayışda ölənlərin əksəriyyəti əcnəbi turistdir”

Baş nazirin müavini: “İstanbulda partlayışda ölənlərin əksəriyyəti əcnəbi turistdir”
# 12 yanvar 2016 13:29 (UTC +04:00)

Bakı-APA. Türkiyənin İstanbul şəhərində törədilən partlayışda ölənlərin əksəriyyəti əcnəbi turistdir.

APA-nın xəbərinə görə, bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş deyib. Onun sözlərinə görə, xəsarət alanların 9-u Almaniya, 1-i Norveç, 1-i isə Peru vətəndaşıdır. Xəsarət alanların 2 nəfərinin vəziyyəti ağırdır: “Partlayışın hədəfində əcnəbilərdən ibarət turist qrupu olub”.

Hökumət sözçüsü hadisəni törədən şəxsin Suriya əsilli və 1988-ci il təvəllüdlü olduğunu vurğulayıb. O, partlayışı törədən terrorçunun cəsədinin qalıqlarının hadisə yerindən tapıldığını deyib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 10.20-də İstanbuldakı Sultanəhməd meydanında terror aktı törədilib. Nəticədə 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Prezident Rəcəb Tayyib Ərdoğan partlayışı suriyalı kamikadzenin törətdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR