Qazaxıstanda vertolyot qəzaya uğrayıb

Qazaxıstanda vertolyot qəzaya uğrayıb
# 24 yanvar 2016 07:43 (UTC +04:00)

Bakı – APA. Qazaxıstanın cənubunda Mi-2 vertolyotu qəzaya uğrayıb.

APA-nın “Tengrinews.kz” saytına istinadın verdiyi məlumata görə, hadisə yanvarın 23-ü axşam saatlarında Cambul vilayətində baş verib. Vertolyot qəza nəticəsində alışıb.

“Jana alem” şirkətinə məxsus vertolyotun düşdüyü əraziyə xilasedicilər və həkim briqadası göndərilib. Vertolyotun göyərtəsində bir neçə nəfərin olduğu barədə məlumat daxil olsa da, xilasedicilər hadisə yerində heç kimi tapmayıblar.

Sonradan məlum olub ki, vertolyotda yalnız pilot olub. Onu isə hadisə şahidləri xəstəxanaya çatdırıblar. Pilotun bədəninin yarısının yandığı bildirilir.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR