Azərbaycan klubları avrokuboklarda yubiley oyunlarına çıxacaq

Azərbaycan klubları avrokuboklarda yubiley oyunlarına çıxacaq
# 24 noyabr 2015 12:50 (UTC +04:00)

Bakı – APA. Azərbaycan klublarının Avropa Liqasının V turunda keçirəcəyi oyunlar yubiley xarakteri daşıyacaq. Apasport.az saytının məlumatına görə, “Qarabağ” 65-ci, “Qəbələ” 10-cu avrokubok sınağına çıxacaq.

Qitə miqyaslı turnirlərdə ən çox oyun keçirən Azərbaycan klubu “Qarabağ” İngiltərə “Tottenhem”ini qəbul edəcək. Bakıdakı görüşəcək 64 avrokubok qarşılaşmasına çıxan təmsilçimiz yubileyə yubiley qata bilər.

Belə ki, 64 oyunda 24 qələbəsi olan Ağdam klubu 25-ci zəfərin astanasındadı. “Qarabağ”ın hesabında 17 heç-heçə və 23 məğlubiyyət də var. 61 qola sevinən komanda öz qapısında 80 top görüb.

“Qəbələ” üçün də qələbə tarixi əhəmiyyət kəsb edəcək. İndiyədək səfərdə qalib gəlməyən “qırmızı-qaralar” Yunanıstanda PAOK-u məğlub etsə, ilki gerçəkləşdirəcək. Təmsilçimiz əvvəlki 14 görüşdə 3 dəfə qələbə qazanıb, 4 heç-heçə edib və 7 dəfə yenilib. Rəqib qapılarından 11 top keçirən qəbələlilər 20 qol buraxıb.

Noyabrın 26-dakı görüşlərdə yubiley qeyd edəcək təmsilçilərimizdən biri eyni turnirdə, digəri bütün klub turnirlərində mübarizə aparıb.

Belə ki, “Qəbələ” 14 matçını da Avropa Liqasında keçirib. “Qarabağ” isə Çempionlar Liqasında 8, Kuboklar kubokunda 4, İntertoto kubokunda 4, Avropa Liqasında 48 qarşılaşma keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR