Türkiyəni hansı xarici və daxili güclər müharibəyə sürükləyir?

Türkiyəni hansı xarici və daxili güclər müharibəyə sürükləyir?
# 14 mart 2016 17:12 (UTC +04:00)

Qonaq: Nazim Cəfərsoy, “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, siyasət üzrə fəlsəfə doktoru

Mövzu: Ankarada terror: Türkiyə müharibənin astanasında

Terrorun ortaya çıxma səbəbləri sosial, siyasi, etnik, məzhəb problemlərdir.

“Bu problemlərin həll olunmamsı terrora münbit şərait yaradır. Baş verənlərə regiondan kənardakı maraqlı qüvvələrin də təsiri də var”

“Türkiyənin terrorun tüğyan etdiyi Liviya ilə Aralıq dəniz ilə sərhədi var, İraq və Suriya ilə quru sərhədi var. Həm sərhəd baxımından, həm də Türkiyə daxilindəki problemlər terrorizmə şərait yaradır”.

“Türkiyənin bu proseslərin təsiri altında qalmasının 3 əsas motivi var - yürüdülən xarici siyasət, daxili təhlükəsizlik problemi, ölkə daxilindəki siyasi çəkişmələr”.

“Türkiyənin tarixi missiyası, tarixdə oynadığı rol onun fəal xarici siyasətini tənzimləyən amillərdir”

“Ankaranın Suriya ilə münasibətləri ortaq hökumətlərarası komissiya toplantıları müstəvisindən müharibə durumuna qədər istiqamət dəyişdirdi və Ankara bu vəziyyətə tam adaptasiya ola bilmədi”

“Suriyada hesab qarışdı və klassik dövlət anlayışı məhv oldu, bu isə Suriyada terrora münbit şərait yarandı”

“Baş verənlərin arxasında daha bir məqam durur - Türkiyədə terror təşkilatlarının uzantıları artıq rahat şəkildə özlərinə mütəfiq tapa bilirlər”

“Faktiki olaraq regionda marağı olan hər bir qüvvənin, yaxud ölkənin PKK-ya dəstək vermək imkanı var”

“Bütün dünya silahını İŞİD-ə qarşı çevirəndə Türkiyə də İŞİD-in hədəfinə çevrildi”

“2000-ci illərin əvvəllərindən başlayaraq mərhələli şəkildə Türkiyənin dərin dövlətinin daxili strukturu zəiflədildi. Rusiyada dövlətin bu təməlini ölkənin kəşfiyyat qurumu təşkil edir, digər qurumlar kəşfiyyat orqanının ətrafında təmərküzləşir. Türkiyədə bu faktor ordudur. Gedən proseslər ordunun gücünü və paralel olaraq dərin dövlətin strukturunu zəiflətdi”.

“Türkiyədə təhdid edə biləcək insan və qüvvə çoxdur”

“Sanki hansısa xarici və daxili güclərin bilərəkdən Türkiyəni müharibəyə sürükləmək istədiyi kimi bir görüntü var”

“Ankara terroru təhlükəsizlik orqanlarının zəifliyini nümayiş etdirmir. Əgər 100 terror aktından 95-nin qarşısı alınırsa, bu zəiflik kimi qəbul olunmur, amma qalan beş akt gerçəkləşirsə, bu zəiflik kimi təqdim olunur”.

“Türkiyənin böyük şəhərlərində terror riski hələ də davam edir”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR