Azərbaycanda Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb - YENİLƏNİB

Azərbaycanda Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb - <span style="color: red;">YENİLƏNİB
# 23 fevral 2016 07:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “2014-cü ildə 8445 dövlət qulluqçusunun xidməti fəaliyyəti qiymətləndirilib”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov deyib. O bildirib ki, qiymətləndirmə nəticəsində bəzi dövlət qulluqçularının xidməti fəaliyyətində müəyyən nöqsanlar aşkarlanıb: “Bəzi orqanlarda dövlət qulluqçularının xidməti fəaliyyəti orta qiymətlə qiymətləndirilib. Bu da beynəlxalq qanunvericiliyə ziddir. Eyni zamanda, bəzi dövlət orqanlarında tətbiq olunması nəzərdə olunan tədbirlər qaydalara uyğun keçirilməyib”.

Şöbə müdiri qeyd edib ki, artıq Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb: “Hazırda müəyyən məsələlər üzrə razılaşdırma aparılır. Məcəllə bu il aidiyyəti üzrə təqdim olunacaq”.

V. Əsgərov qeyd edib ki, Dövlət Qulluğu Məcəlləsinin layihəsində intizam tənbeh tədbirinin icraatına nəzarət DQMK-nın səlahiyyətinə aiddir: “Lakin hazırda intizam tənbeh tədbirinin araşdırılması etik davranış qaydalarının pozulduğu orqanın səlahiyyətinə daxildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR