Beyləqanda 6 yaşlı oğlunun başını kəsərək qətlə yetirən ata tutulub

Beyləqanda 6 yaşlı oğlunun başını kəsərək qətlə yetirən ata tutulub
# 16 fevral 2016 09:56 (UTC +04:00)

Beyləqan. Ziya Əmirxanlı – APA. Beyləqan rayonunda 6 yaşlı oğlunun boğazını kəsərək öldürən ata saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərov tutularaq rayon prokurorluğuna gətirilib.

Qeyd edək ki, Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.

Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR