Neftçala sakini qardaşını güllələyərək qətlə yetirib - YENİLƏNİB

Neftçala sakini qardaşını güllələyərək qətlə yetirib - <span style="color: red;">YENİLƏNİB
# 19 aprel 2016 10:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Neftçalada törədilən qətllə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 19-na keçən gecə Neftçala rayonunun Mirqurbanlı kəndində kənd sakini Dadaş Əliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Fəridi öldürüb.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində D.Əliyev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

06:08Neftçala. Əlibəy Zeynallı-APA. Neftçalada qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, gecə radələrində Neftçala rayonu Mirqurbanlı kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Dadaş Cəfər oğlu, qardaşı 1994-cü il Əliyev Fərid Cəfər oğlunu odlu silahla qətlə yetirib.

Hadisənin təfərrüatları Neftçala prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılır.

Hazırda meyit müayinə olunmaq üçün patoloji anatomiya mərkəzinə yerləşdirilib. Hadisə barədə əlavə məlumatlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR