Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edib
# 19 fevral 2016 11:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından vətəndaşlar iştirak edib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanları və digər məsələlərlə bağlı müraciətlər edilib.

Ə. Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Qəbuldan sonra nazir mədəniyyət müəssisələrinin işçilərinin iştirakı ilə iclas keçirib. İclasda mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da gücləndirilməsi üçün aparılan işlərdən və qarşıda duran vəzifələrdən danışılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR