Ölkə ərazisində qanunsuz ova qarşı reydlər keçirilir

Ölkə ərazisində qanunsuz ova qarşı reydlər keçirilir
# 10 oktyabr 2016 13:20 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı - APA. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları yerli polis əməkdaşları ilə birgə Ağcabədi rayonunda reyd keçirir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, reydin keçirilməsində məqsəd qanunsuz ovun qarşısının alınmasıdır.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Baş İdarəsinin baş inspektoru Rəcəb Məmmədovun APA-ya verdiyi məlumata görə, rayon ərazisində qanunsuz ovla bağlı iki fakt qeydə alınıb. Qanunsuz ovla məşğul olmaq istəyən iki nəfər saxlanılıb və onlar inzibati qaydada cərimələnib.

DİN nümayəndəsinin sözlərinə görə, artıq iki gündür ki, bütün ölkə ərazisində qanunsuz ova qarşı reydlər keçirilir.

Reydlərin keçirilməsi ilə bağlı daxili işlər naziri Ramil Usubov tapşırıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR