Azərbaycan günəş enerjisi istehsalını 4 dəfəyədək artırıb

Azərbaycan günəş enerjisi istehsalını 4 dəfəyədək artırıb
# 19 aprel 2016 09:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 507,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 5,2%-lik azalma müşahidə olunması deməkdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 4,5% azalaraq 53,7 mln. manat təşkil edib.

Bu ilin 3 ayında Azərbaycanda 5 976,2 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə 6,8% azdır.

Bunun 5 328,4 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% azdır.

Bunun 376,7 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 60,4% çoxdur.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3,4 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 54,5% çoxdur. Bu müddətdə ölkədə 1,1 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3,7 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR