Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 26 May

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 26 May
# 26 may 2016 18:12 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Rusiyanın Baltik dənizində hərbi manevrləri baha başa gəldi. İndiyə kimi bloklara qoşulmamaq siyasəti yürüdən İsveç mümkün təhlükələrdən NATO ağuşuna sığındı. İsveçi öz əzəli siyasətindən dönməyə vadar edən Ukraynanın başına gələnlərdən çıxardığı dərsdir. Krımın ilhaqı və Şərqi Ukraynada baş verənlər Rusiyanın rəqiblərinin əlini gücləndirmiş oldu. Elə rəqiblər Ukraynanın durumunu əsas gətirərək, Rusiyaya qarşı sanksiyaların müddətinin artırılmasını istəyirlər. Yaponiyada keçirilən "G-7" sammitində bununla bağlı səslənən fikirlərin ana xəttini də eyni səbəb təşkil edir - Rusiya Ukrayna məsələsində geri addım atmadıqca Avropa İttifaqı sanksiyaları ləğv etməyəcək. Bununla da Ukrayna məsələsi dünyanın təhlükəsizlik sisteminin yenidən əvvəlki düzənə qayıtması üçün əsas amilə çevrilib. Moskvanın geri çəkilməməsi sərhəd boyunca bir-bir bütün ölkələrin NATO-nun qanadları altına sığınmasına gətirib çıxarır. Kreml nəzəri baxımdan emosional siyasətini soyuqqanlı siyasətlə əvəzləyə, Qərblə münasibətləri müəyyən edən Ukrayna maneəsini aradan qaldıra bilər. Amma bu, NATO-nun şərqə doğru genişlənməsi gerçəkliyini ortadan qaldırmayacaq. Yəni, Ukrayna məsələsi nəzəri baxımdan geri dönüşü olan prosesdir, NATO-nun Rusiya sərhədləri yaxınlığından möhkəmlənməsinin isə geriyə dönüşü yoxdur. Bu baxımdan zaman Moskvanın əleyhinə işləyir. İnadkarlıq dünya düzənini uzun illər dəyişilməsi mümkün olmayan vəziyyətə gətirə bilər və bu vəziyyət Rusiyanın əleyhinə işləmiş olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR