Azərbaycan prezidenti makedoniyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti makedoniyalı həmkarını təbrik edib
# 07 sentyabr 2016 16:12 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Makedoniya Respublikasının prezidenti Gyorge İvanova təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab prezident. Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan və Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri, daim genişlənən əlaqələrimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına əmin-amanlıq və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR