Bakıda "Moody’s"in illik konfransı keçirilir

Bakıda "Moody’s"in illik konfransı keçirilir
# 24 may 2016 08:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bakıda "Moody’s" beynəlxalq reytinq agentliyinin kredit risklərinə dair illik konfransı keçirilir.


APA-Economics” xəbər verir ki, konfransda Azərbaycan üçün neft qiymətinin aşağı düşməsi ilə bağlı yaranan çağırışlar, bank sistemi ilə bağlı proqnozlar, Azərbaycan və MDB ölkələrinin bank sistemində xarici valyuta riskinin təsirləri, “Moody’s”in reytinqləri əsas müzakirə mövzusu olacaq.

Bundan başqa, konfransda "Moody’s" agentliyinin Azərbaycana verdiyi reytinqlərin də müzakirə olunacağı gözlənilir.

Konfransda Azərbaycanın bank sektorunun nümayəndələri, Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko, “Moody’s Investors Service”in vitse-prezidenti Burak Cerrahoğlu, Rusiya və MDB ölkələri üzrə baş menecer Aleksey Sajin və agentliyin digər əməkdaşları, iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR