Novruz Aslanov İsmayıllıda kəndə təbii qazın verilməsi ilə bağlı tədbirə qatılıb

Novruz Aslanov İsmayıllıda kəndə təbii qazın verilməsi ilə bağlı tədbirə qatılıb
# 26 may 2016 08:05 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Sumağallı kəndinə təbii qazın verilməsi ilə bağlı tədbirə qatılıb.

Deputatın qərargahından APA-ya bildirilib ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, «Azəriqaz» İB-nin baş direktoru Əkbər Hacıyev, rayon ictimaiyyəti, kənd sakinləri, yerli qurumların rəhbərləri də iştirak ediblər: “Rayonun sosial problemlərinin həllində, iqtisadi inkişafında, sakinlərin rifah halının yüksəlməsində dövlət tərəfindən həyata keçirilən layihələrlə yanaşı, eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və millət vəkili Novruz Aslanov da birgə fəaliyyət göstərirlər. Novruz Aslanov çıxışında bu məqamı vurğulamaqla yanaşı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu işlərə verdiyi dəstəyi, həmçinin bu yaxınlarda amnistiya təşəbbüsü ilə çıxışının rəğbətlə qarşılandığını bildirib, bu barədə geniş məlumat verib və bütün bunlara görə birinci xanıma minnətdarlıq edib” – deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR