Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının açılışı olub

Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının açılışı olub
# 06 may 2016 09:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının açılışı olub.

APA-Economics” xəbər verir ki, idarənin açılışında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və bəzi xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxışı zamanı A.Əliyev bildirilib ki, strukturuna 10 şöbə, 10 gömrük postu və 9 bölmə daxil olan idarədə təxminən 360 nəfər çalışır.

“Yeni inzibati binada malların elektron formada bəyan olunmasının həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın icrası ilə əlaqədar Bakı Baş Gömrük İdarəsi müəyyən tədbirlər həyata keçirib. Nəticədə gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxt itkisi qısaldılıb, sahibkarlarla gömrük əməkdaşlarının təması minimuma endirilib, şəffaflıq tamamilə təmin edilib”, - deyə komitə sədri bildirib.

A.Əliyev əlavə edib ki, görülən tədbirlər nəticəsində cari ilin birinci rübü ərzində xarici ticarətin gömrük statistikasına daxil olan malların dövriyyəsinin statistik dəyəri 1 295 870 dollara çatıb, idxal olunan malların ümumi çəkisi isə 855 657 min ton təşkil edib: “Cari ilin birinci rübü ərzində dövlət büdcəsinə 277 milyon 370 min manat vəsait köçürülüb ki, bu da keçən ilin birinci rübünə nisbətən 1,5 faiz artıqdır”.

Sonra Baş Gömrük İdarəsinə təqdim edilmiş avadanlıqlara baxış keçirilib. ABŞ səfiri yeni istifadəyə verilmiş binaya baxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR