2017-ci il dövlət büdcəsinin ilkin layihəsi Nazirlər Kabinetinə təqdim olunub - EKSKLÜZİV

2017-ci il dövlət büdcəsinin ilkin layihəsi Nazirlər Kabinetinə təqdim olunub - <span style="color: red;">EKSKLÜZİV
# 18 may 2016 13:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2017-ci il dövlət büdcəsinin ilkin layihəsi Nazirlər Kabinetinə təqdim olunub.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib.

Onun sözlərinə görə, “Büdcə sistemi haqqında” qanuna və “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin 2016-cı il 29 yanvar tarixli sərəncamına uyğun olaraq 2017-ci il dövlət büdcəsinin ilkin layihəsi, büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu 2016-cı il 15 aprel tarixində Nazirlər Kabinetinə təqdim olunub.

“Növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu vaxtından əvvəl - 2016-cı il 19 aprel tarixdə hazırlanaraq büdcənin tərtibi prosesində iştirak edən bütün təşkilatlara göndərilib”, - deyə M. Piriyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR