“Zirə” – “Qəbələ” matçının vaxtı açıqlanıb

“Zirə” – “Qəbələ” matçının vaxtı açıqlanıb
# 04 may 2016 13:47 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının XXXIII turunun oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mayın 7-də baş tutacaq turun 5 oyunu da eyni gündə keçiriləcək.

Tur Zirədə eyniadlı komanda ilə “Qəbələ” arasında qarşılaşma ilə başlayacaq. Həftənin son matçı isə Masazırda baş tutacaq “Neftçi” – AZAL görüşü olacaq.

Bu turda “Qarabağ” “İnter Arena”, “Neftçi” isə Masazırdakı “Əlincə Arena”da meydan sahibi kimi oynayacaq.

XXIII tur
7 may (şənbə)

15:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu

16:00. “Xəzər Lənkəran” – “Kəpəz”
“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “Rəvan” – “İnter”
“Bayıl Arena”

19:00. “Qarabağ” – “Sumqayıt”
“İnter Arena”

19:05. “Neftçi” – AZAL
“Əlincə Arena”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR