Əlcəzairdə 5,2 maqnitudalı zəlzələ baş verib

Əlcəzairdə 5,2 maqnitudalı zəlzələ baş verib
# 29 may 2016 06:59 (UTC +04:00)

Bakı-APA. Bu gün yerli vaxtda saat 00.54 radələrində (Bakı vaxtı ilə 03.54) Əlcəzairdə 5,2 maqnitudalı zəlzələ baş verib.

APA-nın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ ocağı Əl-Əhdariyə şəhərindən 19 km cənub-qərbdə, Əlcəzair paytaxtından 56 km cənub-şərqdə 11,9 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR