Naxçıvan Ali Məclisinə əlavə seçkilərin qalibi məlum olub

 Naxçıvan Ali Məclisinə əlavə seçkilərin qalibi məlum olub
# 11 avqust 2016 13:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Avqustun 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən əlavə seçkilərin qalibi məlum olub.

APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının namizədi Telman İbadov 45 saylı Aza seçki dairəsi üzrə keçirilən əlavə seçkilərdə deputat seçilib.

Xatırladaq ki, avqustun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Naxçıvan Ali Məclisinə 6 avqust 2016-cı il tarixdə keçirilmiş 45 saylı Aza seçki dairəsi üzrə əlavə seçkilərin nəticələrini təsdiq edib.

Qeyd edək ki, İlhamə Mustafayeva 1 noyabr 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə 45 saylı Aza Seçki Dairəsindən deputat seçilib. İ. Mustafayeva Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək deputat mandatından imtina edib.

Bundan əvvəl isə İ. Mustafayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 7 dekabr 2015-ci il tarixli sərəncamı ilə Naxçıvan Tibb Kollecinin direktoru vəzifəsindən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR