Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb
# 17 may 2016 17:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, tanınmış ziyalılar, olimpiada qalibləri və başqa şəxslər iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, istedadlı gənclərin müəyyənləşdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən bir sıra layihələr həyata keçirilir: “Sabahın alimləri”, habelə müxtəlif intellektual oyunları qeyd etmək olar. Lakin ölkəmizdə ən möhtəşəm yarış Respublika Fənn Olimpiadalarıdır”.

Hazırda ölkəmizdə 4500-ə yaxın məktəbin olduğunu xatırladan nazir qeyd edib ki, sonuncu Respublika Fənn Olimpiadalarında 27500 nəfər şagird iştirak edib.

M. Cabbarov əlavə edib ki, cari tədris ilində 5 müxtəlif beynəlxalq fənn olimpiadalarında Azərbaycan şagirdləri 5 gümüş, 11 bürünc medal qazanıb.

Tədbirdə Kimya fənni üzrə Münsiflər heyətinin sədri İlqar Nəzərov çıxış edib. Sonra Respublika Fənn Olimpiadalarına həsr olunmuş video-çarx nümayiş olunub.

Tədbirdə bildirilib ki, 3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının I mərhələsində 27 500, II mərhələdə 4 174, final mərhələsində isə 694 şagird iştirak edib. Texniki fənlər üzrə 128, humanitar fənlər üzrə 132 nəfər qalib olub.

Sonra qaliblər mükafatlandırılıb. Qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, tədbirə informasiya dəstəyi APA İnformasiya Agentliyi və “1news.az” saytı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR