Rusiyada pitbul köpəkləri 2 yaşlı körpəni parçalayıb

Rusiyada pitbul köpəkləri 2 yaşlı körpəni parçalayıb
# 27 oktyabr 2015 14:10 (UTC +04:00)

Bakı - APA. Rusiya Federasiyasının Stavropol diyarında pitbul köpəkləri 2 yaşlı uşağa hücum edərək onu parçalayıb.

APA-nın “lenta.ru” ya istinadən yaydığı xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Hadisə oktyabrın 23-də Stavropolun Petrovsk rayonunun Orexovka kəndindəki evlərdən birinin həyətində baş verib. Belə ki, uşaq yatarkən anası böyük qızını məktəbdən gətirmək üçün evdən çıxıb. Yuxudan oyanan uşaq həyətə çıxıb və pitbulların hücumuna məruz qalıb. Evə dönən ana övladının cəsədi ilə qarşılaşıb. Körpənin boyun və qarın hissələrində çoxsaylı diş izləri aşkarlanıb.


Araşdırma nəticəsində prosessual qərar qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR