"Bank Avrasiya" ötən ili mənfəətlə başa vurub

"Bank Avrasiya" ötən ili mənfəətlə başa vurub
# 29 yanvar 2016 14:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank Avrasiya”nın aktivlərinin həcmi 2016-cı il yanvarın 1-nə 123,314 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,61% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28,55% artaraq 79,973 mln. manat olub.

Bankın kredit portfelində ipoteka kreditlərinin həcmi 15,42% artaraq 2,884 mln. manata çatıb.

"Bank Avrasiya" müştərilərinin yerləşdirdiyi depozitlərin ümumi həcmi 29,196 mln. manatdır.

Bir il ərzində bankın məcmu kapitalı 0,94% artaraq 51,156 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50,000 mln. manat təşkil edib.

“Bank Avrasiya”nın gəlirləri 13,359 mln. manata, xərcləri isə 6,150 mln. manata çatıb.

Ötən il ərzində bankın əldə etdiyi mənfəət 510,2 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR