Hərbi əməliyyatlar başlayandan cəbhəyə yaxın məktəblər barədə mütəmadi məlumatlar əldə olunur

Hərbi əməliyyatlar başlayandan cəbhəyə yaxın məktəblər barədə mütəmadi məlumatlar əldə olunur
# 07 aprel 2016 11:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Cəbhə bölgəsində baş verən hərbi əməliyyatlar nəticəsində 1 məktəbli yaralanıb.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib ki, Ağdamın Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Bu hadisə dərs saatı ərzində baş vermədiyindən xəsarət alan olmayıb: “Lakin cəbhə bölgəsinə yaxın ərazidə həyətyanı sahəyə düşən mərmi nəticəsində 13 yaşlı bir şagird yaralanıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti yaxşıdır”.

O əlavə edib ki, hərbi əməliyyatlar başlayandan bu günə kimi cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşən məktəblər barədə mütəmadi olaraq rayon təhsil şöbələrindən məlumatlar əldə olunur. Yerli icra strukturları, rayon təhsil şöbələri ilə əlaqəli işlər görüldüyünü deyən C. Bayramov qeyd edib ki, insanların həyatını təhlükə altına atmamaq üçün artıq 28 məktəbdə tədrisin dayandırılması barədə qərar qəbul edilib: “Təhsil Nazirliyi tərəfindən təhsil şöbələrinə tapşırıqlar verilib ki, həmin ərazilərdə yaşayan ailələrin digər yaşayış məntəqələrinə köçmələri ilə bağlı onların yaxın ərazilərdə və digər rayonlardakı məktəblərdə tədrisi müvəqqəti olaraq təşkili olunsun. Ancaq ümid edirik ki, atəşkəsin əldə olunmasından sonra məktəblərdə tədris bərpa olunacaq”.

Qeyd edək ki, Tərtərdə evə atılmış mərminin partlaması nəticəsində 16 yaşlı qız da dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR