Bakıda narkotik becərməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda narkotik becərməkdə şübhəli bilinən şəxs tutulub
# 05 oktyabr 2015 10:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik vasitə becərməkdə şübhəli bilinən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Əkrəm Əliyevdən 29,42 qram və Səid Ağabalayevdən 32,43 qram marixuana götürülüb. S.Ağabalayevin Dübəndi qəsəbəsindəki evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 120 ədəd çətənə kolu, Bakı şəhərində yaşadığı mənzildən isə 3,27 qram marixuana və 35,635 qram tiryək də aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR