Fransız-Azərbaycan Universitetinin yaradılmasına dair Memorandum imzalanıb

Fransız-Azərbaycan Universitetinin yaradılmasına dair Memorandum imzalanıb
# 26 aprel 2016 14:36 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Azərbaycanda səfərdə olan Fransa xarici işlər və beynəlxalq inkişaf nazirinin Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir Bakı Fransız Liseyi ilə tanış olub.

APA-nın xəbərinə görə, liseylə tanışlıqdan sonra Strasburq Universiteti (Unistra) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Fransız-Azərbaycan Universitetinin yaradılmasına dair anlaşma Memorandumu imzalanıb.

Memorandumu Fransa tərəfdən Harlem Desir, Azərbaycan tərəfdən isə təhsil naziri Mikayıl Cabbarov imzalayıb.

Sonra H. Desir anlaşma memorandumunu M. Cabbarova təqdim edib.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, təhsil sahəsində Azərbaycan və Fransa arasında əməkdaşlıq uğurla inkişaf edir: “Bu gün Fransız-Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsinə dair müzakirələrin növbəti mərhələsi oldu. Bizim qarşımızda duran məqsəd ondan ibarətdir ki, bu ali təhsil müəssisəsi sentyabrın 15-də fəaliyyətə başlasın. Artıq Fransa tərəfindən sənəd layihəsi təqdim olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR